2015-dən sonra 4-cü dəfə

2015-dən sonra 4-cü dəfə

“Boston” Şərq Konfransı finallarının yeddinci oyununda səfərdə “Mayami”ni məğlub edib – 100:96, 4-3. Bununla da, “Seltiks” NBA mövsümünün həlledici seriyasına yüksəlib.

Klub işinə yeni başlayan məşqçi İme Udokanın rəhbərliyi altında finala vəsiqə qazanıb. 2015-ci ildən bəri NBA-da 4-cü dəfədir ki, debütant məşqçi ilk mövsümündə komandasını finala çıxarır.

Udoka Stiv Kerr (2015), Tayron Lyu (2016) və Nik Nursdan (2019) sonra 4-cü olub. Əvvəlki bütün hallarda debütant məşqçilərin komandası çempion olub.

ETOPAZ

Əvvəlki yazı

Qnabri 10 milyon avroya razı olmadı

Növbəti yazı

Günün kuponu – 31.05.2022