Qnabri 10 milyon avroya razı olmadı
“Bavariya” Serj Qnabrini heyətində saxlamağa çalışır. Klub onunla yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.
Tərəflər oktyabr ayından danışıqlar aparır. Lakin hələ də razılığa gələ bilməyiblər. Bu yaxınlarda klub futbolçuya 10 milyon avro maaşla müqavilə təklif etsə də, o, təklifi qəbul etməyib. “Bavariya” isə daha böyük məbləğdə müqavilə təklif etmək istəmir. 26 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna kimi hesablanıb.