Günün kuponu – 30.04.2023

Günün kuponu – 30.04.2023

“Nyukasl” – “Sautqempton” – 1

Turnir cədvəlinin fərqli pillələrində qərarlaşan iki komanda qarşılaşır. Ev sahibi çox gözəl çempionat keçirir. Çempionlar liqasında iştirak etməyə çox yaxındır. Rəqib “Sautqempton” sonuncu pillədən qurtulmaq üçün çalışır. Bu oyunda “Nyukasl” çətin ki əlverişli vəziyyətdən istifadə etməsin. Favorit sayılan ev sahibi möhtəşəm azarkeş dəstəyi ilə növbəti qələbəsini qazanacaq.

“Fulhem” – “Mançester”S – 2

Orta pillələrdə qərarlaşan “Fulhem” özünü çox rahat hiss edir. Premyer liqadan düşmə təhlükəsi demək olar yoxdur. Son oyunda səfərdə “Aston-Villa”ya 1-0 məğlub oldu. “Mançester” isə son qarşılaşmalarda yalnız qələbə qazanır. “Arsenal” üzərindəki qələbədən sonra iri addımlarla irəliləyirlər. Güclü hücumlar qarşısında “Fulhem” neçə dəqiqə dözə biləcək. Çempionluğa doğru gedən “Mançester”Siti növbəti qələbəsini qazanacaq.

“Valyodolid” – “Atletiko”M – 2

Ev sahibi “Real”a səfərdə 0-6 məğlub olandan sonra baş məşqçini qovdu. Cəmi 4 xal fərqlə təhlükəli zonadan aralanıb. Çox çətin rəqiblərlə qarşılaşır. “Atletiko” ikinci pillədə gedən “Real”dan geri qalmaq istəmir. Aralarında cəmi 2 xal fərq var. Liderə 1-0 məğlub olmalarına baxmayaraq oyunun favoriti “Atletiko”dur. Bu oyunda qalib gəlib çempionlar liqasındakı iştirakını təmin etmək istəyir.

Mr. X

Əvvəlki yazı

Günün şansı – 30.04.2023

Növbəti yazı

Sürpriz kupon – 30.04.2023