Sürpriz kupon – 30.04.2023
“Liverpul” – “Tottenhem” – 1
Bu qarşılaşmada bütün üstünlüklər ev sahibinin tərəfindədir. Qonaq komanda “Nyukasl”a 6-1 məğlub oldu. Sonra çətin “M-Y”u ilə qarşılaşma. İndi isə səfərdə “Liverpul”a qarşı. Yavaş-yavaş işlərini düzəldən “Liverpul” Avro-liqada iştirak etmək üçün qələbə qazanmalıdır.
“Sassuola” – “Empoli” – 1
Seriya “A” da ev sahibi orta nəticələr göstərir. Amma turnir cədvəlinin ortasında möhkəmlənə bilib. 40 xalla 13-cü pillədə qərarlaşıb. “Empoli” demək olar ki son aylarda qələbə qazana bilmir. 32 xalla 15-ci pilləyə yuvarlanıb. Qonaq komandanın bu vəziyyətindən istifadə etmək məqamıdır. Bu oyunda qalib gəlib 1-2 pillə irəliləmək də olar.
“Monako” – “Monpelye” – 1
Fransa çempionatında yuxarı pillələr uğrunda mübarizə aparan “Monako” orta sıralarda özünü rahat hiss edən “Monpelye”ni qəbul edir. “Monako” komandasının zədəli futbolçularının çoxu sağalıb. Ara-bir stabil çıxış etmir. “Monpelye”32 oyundan sonra 40 xalla 13-cü yerdədir. Təhlükəli zonadan xeyli aralanıb. Favorit sayılan “Monako” qələbə sayəsində 3-yə bir az da yaxınlaşacaq.