Günün kuponu – 28.07.2023
“Yunion Santa Fe” – “Defensa Justusia” qol sayı TƏK
Argentina Peşəkarlar Liqasında “Defensa Justusia” Livertadores Kubokuna vəsiqə qazandıran pillədə qərarlaşıb. Meydan sahibləri autsayderlər qrupundadır və son üç matçda bu rəqiblə bacarmayıb.
“Argentinos Xuniors” – “Estudiantes La Plata” QOL/QOL
Lider “River Pleyt”dən 16 xal geri qalan “Estudiantes”i dördüncü yerdən 2 xal ayırır. Son üç dueldə qələbə qazanan “Argentinos” bu dəfə də şanslı hesab edilir. Çünki, “Argentinos Xuniors”u evdə üstələmək çox çətindir.
“Viborq” – “Lyngby” 1
Yeni başlayan Danimarka çempionatında 2-ci tura start verilir. Hər iki komanda mövsümə məğlubiyyətlə başlayıb. Yoldaşlıq matçlarında daha inamlı təsir bağışlayan “Viborq”un yeni mövsümdə ilk qələbəsini qazanacağına inanıram.