Günün kuponu – 27.03.2023
İrlandiya – Fransa – 2
2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi davam edir. Martın 26-da İrlandiya seçməsi Fransanı qəbul edəcək. Dünya ikinciləri 52 ildir İrlandiyaya uduzmayıb. Bu müddətdə yalnız bir matçda heç-heçə qeydə alınıb.
Niderland – Cəbəllütariq – Q/Y
Favorit barədə danışmağa ehtiyac yoxdu. Niderland belə zəif rəqiblə matçda xal itirərsə azarkeşlər onu bağışlamaz. Meydan sahiblərinin asan qələbə qazanacağını düşünürəm. Sözsüz ki, qollar az olmayacaq.
Monteneqro – Serbiya – 2
Hər iki komanda ilk turda qələbə qazanıb. Monteneqro səfərdə Bolqarıstanı, Serbiya isə Litvanı üstələyib. Bu komandalar indiyə qədər Millətlər Liqasında iki dəfə üz-üzə gəlib. Hər iki matçda serblər qələbə qazanıb.