Sürpriz kupon – 27.03.2023

Sürpriz kupon – 27.03.2023

Macarıstsan – Bolqarıstan – 1

Macarlar seçmə mərhələdə ilk oyuna çıxacaq. Qonaqlar isə ilk matçda Monteneqroya uduzub (0-1). Meydan sahiblərinin son oyunları macarlar barədə nikbin danışmağa imkan verir. Macarıstanın bu matçda uduzmayacağını düşünürəm.

Polşa – Albaniya – 1

Qonaqlar seçmə mərhələdə ilk oyuna çıxacaq. Polyaklar isə Avro-2024-ün seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Polşa ilk matçla Çexiyaya uduzub (1-3). Meydan sahiblərinin bu oyundan 3 xalla ayrılacağını düşünürəm.

Niderland – Cəbəllütariq  – Niderland qol sayı TƏK

Meydan sahiblərinin favorit olduğunu söyləmək artıq olar. Niderlandın qələbə qazanacağı gün kimi aydındı. Sürpriz kupon olaraq Niderlandın qələbəsini, qol sayının tək olacağını seçirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.03.2023

Növbəti yazı

“Çelsi” və “Arsenal”ın ortaq hədəfi