Günün kuponu – 24.06.2022
“Droeda” – “Slayqo Rovers” 2
“Slayqo Rovers” son 3 oyunda “Droeda” üzərində qələbə qazanıb. 5-ci pillədə olan “Slayqo Rovers” səfərdə qalib gələrək liderlərə yaxınlaşmağa çalışacaq. “Droeda” son iki oyununu heç-heçə başa vurub. Favorit qonaqlar hesab olunsa da, oyun onlar üçün asan keçməyəcək.
“Şemrok” – “Bohemians” 1
Turnir cədvəlinə başçılıq edən “Şemrok” ən yaxın izləyicisi “Dandalk”ı 5 xal qabaqlayır. “Bohemians” isə 10 komada arasında 6-cı yeri tutur. Bu komandalar arasında son iki oyunda qələbə “Şemrok”un tərəfində olub. İndi də meydan sahiblərinin büdrəyəcəyinə inam azdır.
“Kork Siti” – “Kob Ramblers” 1
Komandalar arasında çox böyük fərq var. ‘Kork Siti ” 17 oyuna 40 xal topladığı halda, rəqibi 18 matçda cəmi 9 xal yığıb. “Kob Ramblers” çempionatda son üç oyunun hamısında məğlub olub. Liderlərdən olan “Kork Siti” isə 2 turdur qalib gələ bilmir. Ona görə də bu dəfə nəyin bahasına olursa-olsun, 3 xal əldə etməyə çalışacaqlar.