Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 24.06.2022
“Ponte Preta” – “Sampaio Korrea” QOL/QOL
“Ponte Preta” 19-cu pillədə olsa da, bir qələbə onları xeyli irəli aparacaq. Turnir cədvəlinin aşağı sıralarında həddən artıq sıxlıq yarandığından 3 xal çox şeyi dəyişə bilər. “Ponta Preta” son iki oyunda məğlub olub. Son vaxtlar bu klublar arasında görüşlərdə aşkar favorit olmur. İndi də oxşar vəziyyətdir. Qol-qol variantı daha ümidverici görünür.
“Sao Paulo” – “Palmeyras” QOL/QOL
Üç gün öncə bu komandalar çempionatda üz-üzə gəlmiş və həmin vaxt “Palmeyras” səfərdə 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu dəfə isə artıq komandalar Braziliya kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqlar. “Palmeyras” son iki oyunda rəqibini məğlub edə bilib. Lakin kubok matçları bir qədər fərqli olur.
“Fluminenze” – “Kruzeyro” ÜST 2,5
B seriyasının lideri “Kruzeyro”nun A liqasında 6-cı yeri tutan “Fluminenze”yə qarşı necə oynayacağı maraq doğurur. Bu komandalar son dəfə 2019-cu ildə üz-üzə gəliblər və həmin vaxt hesab açılmayıb. Amma bu dəfə fərqli və məhsuldar oyun gözləyirəm.