Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Günün kuponu – 18.10.2022
“Sevilya” – “Valensiya” QOL/QOL
“Sevilya” ötən tur yeni baş məşqçi Xorxe Sampaolinin rəhbərliyi altında ilk qələbəsini qazandı. “Qırmızı-ağlar” “Malyorka” səfərindən minimal hesablı qalibiyyətlə döndü.
“Valensiya” artıq 4 oyundur ki, uduzmur. Cennaro Qattuzonun komandası son turda doğma divarlar arasında “Elçe” ilə bərabərə qaldı – 2:2. Həmin görüşdə dubl edən Edison Kavaninin oynaması sual altındadır.
“Valensiya” sonuncu dəfə “Sevilya”nı 2019-cu ildə məğlub edib. Amma indi vəziyyət bir qədər dəyişib və meydan sahiblərini aşkar favorit saymaq olmur.
“Atletiko” – “Rayo Vallekano” 1
“Atletiko”nun bu mövsüm işləri yaxşı getmir. Artıq Dieqo Simeonenin istefasını istəyən azarkeşlərin sayı artmaqdadır. Madrid klubu Çempionlar Liqasında pley-offa yüksəlmək işini də xeyli çətinləşdirib.
“Rayo Vallekano” son 2 turda qələbə qazana bilməyib.
“Atletoko”da qapıçı Yan Oblakın meydana çıxması sual altındadır. Əsas heyət oyunçularından Felipe və Loryente isə zədəlidir.
Bu komandalar arasında son 6 görüşdə “Atletiko” qalib gəlib. Bu dəfə də meydan sahibləri qələbə qazanmağa real namizəddir.
“Xetafe” – “Atletik” ALT 2,5
Bilbao təmsilçisi çempionata yaxşı başlasa da, son iki qarşılaşmada qələbə qazana bilməyib. Əvvəlcə səfərdə “Sevilya” ilə heç-heçə edən Bask klubu sonra öz meydanında “Atletiko”ya uduzdu – 0:1.
“Xetafe”nin də vəziyyəti yaxşı deyil. Kike Floresin komandasını təhlükəli zonadan cəmi 1 xal ayırır.
“Atletik”lə “Xetafe” arasında 2021-ci ildə birincilərin 5:1 hesablı qələbəsini çıxsaq, əksər görüşlər məhsuldar olmayıb.