Sürpriz kupon – 18.10.2022
“Kristal Pelas” – “Vulverhempton” 1
“Vulverhempton” 9 xalla turnir cədvəlində 17-ci yeri tutur. Komanda ardıcıl 3 məğlubiyyətdən sonra ötən tur “Nottinqem” üzərində minimal hesabla qələbə qazana bildi.
“Kristal Pelas” isə son matçda “Lester”dən 1 xal aldı – 0:0.
Meydan sahibləri xeyli vaxtdır ki, itkilərin çox olmasından əziyyət çəkir.
Bu komandalar arasında son 3 oyunda “Kristal Pelas” qalib gəlib. Bu dəfə də onlar qələbəyə daha yaxın görünür.
“Brayton” – “Nottinqem” ÜST 2,5
“Nottinqem” sonuncu pillədən qurtulmaq üçün var-gücü ilə mübarizə aparır. Stiv Kuperin rəhbərlik etdiyi komandanın çempionatda cəmi 1 qələbəsi var.
“Brayton” da 3 oyundur ki, qələbə qazana bilmir. Meydan sahibləri favorit hesab olunsalar da, “Nottinqem” sensasiya üçün əlindən gələni edəcək. Ona görə də ÜST2,5 variantına üstünlük verirəm.
“Norviç” – “Luton” ÜST 2,5
Hesabında 24 xal olan “Norviç” liderlər – “Börnli” və “Şeffild”dən 1 xal geri qalır. Lakin “Norviç” 3 turdur ki, qələbə qazana bilmir. Komanda bu 3 görüşdə cəmi 1 xal toplayıb.
“Luton” isə iki heç-heçədən sonra son matçda “Kuinz Park Reyncers”i məğlub etdi – 3:1.
Bu komandalar arasında son 5 görüşdə ÜST 2,5 gəlib. Ümid edirəm ki, bu dəfə də məhsuldar oyun olacaq.