Günün kuponu – 18.04.2024
Roma – Milan 2,5 ÜST
İlk oyunda minimal hesabla uduzan “Milan” bu dəfə risk almalıdır. Zənnimcə, belə də olacaq. Risk alan tərəf qapısında boşluqlar da verəcək. “Milan”ın da qol vurmaq potensialını nəzərə almaq lazımdır. İlk matçdan fərqli olaraq, bu görüşün bol qollu keçəcəyini düşünürəm.
Olimpik Marsel – Benfika 1
“Benfika” ilk görüşdə qalib gəlsə də, cavab oyunu asan olmayacaq. Çılğın tribunaları ilə seçilən “Velodrom” stadionda onları “cəhənnəm” gözləyir. Məncə, “Marsel” azarkeşinin də dəstəyi ilə bu görüşdə qələbə qazanacaq.
Lill – Aston Villa QOL/QOL
“Lill” yarımfinala adlamaq üçün qələbə qazanmalıdır. Ona görə fransızların ilk dəqiqələrdən hücumda oyanayacağını və qol və ya qollar vuracaqlarını ehtimal edirəm. “Aston Villa”nın da hücum potensialını nəzərə alsaq, qol-qol seçimi məntiqli olar.