Günün kuponu – 16.08.2022

Günün kuponu – 16.08.2022

“Budo Qlimt” – “Dinamo” (Zaqreb) ÜST 2,5
Çempionlar Liqasının qrup mərhələsinin artıq bir addımlığındayıq. III təsnifat mərhələsində “Jalqiris”i keçən “Budo Qlimt” bu dəfə daha ciddi sınaq qarşısındadır.
Mahir Emrelinin formasını geyindiyi “Dinamo” isə ötən mərhələdə daha çətin rəqibi – “Ludoqorets”i mübarizədən kənarlaşdırdı.
Hər iki komandanın son oyunları kifayət qədər məhsuldar alınır. Norveç klubu öz meydanında “Jalqiris”i 5:0 məğlub etdikdən sonra yerli çempionatda “Odd”un qapısından 7 cavabsız top keçirdi, “Sarpsborq”u isə səfərdə 4:1 üstələdi.
Xorvatiya klubu da son 4 oyunda rəqib qapılarına 11 top vurub.
Bütün bunlar bizə belə düşünməyə əsas verir ki, bu dəfə də bol qollu qarşılaşma ola bilər.

“Kopenhegen” – “Trabzonspor” QOL/QOL
“Kopenhagen”in “Trabzonspor” qarşısında yeganə üstünlüyü odur ki, Danimarka çempionatında artıq 5 oyun keçiriblər. Türkiyə Super Liqası isə hələ ötən həftə start götürdü. Heyətinə və potensialına görə Abdullah Avcının komandası rəqibdən xeyli üstün təsir bağışlayır.
“Kopenhagen”in müdafiə xətti qaydasında deyil. Komanda son 6 oyunun hamısında qapısından top buraxıb. Trabzon klubunun güclü hücum xətti bundan yararlana bilər.

“Qlazqo Reyncers” – PSV QOL/QOL
PSV yeni mövsümə əla başlayıb. Ruud van Nistelroyun rəhbərlik etdiyi komanda əvvəlcə Niderland Super Kubokunda “Ayaks”ı məğlub etdi. Daha sonra isə Çempionlar Liqasında “Monako” kimi rəqibi mübarizədən kənarlaşdıra bildilər.
“Reyncers” son 3 oyunda 9 qol vurub, öz qapısında top görməyib.
PSV isə həm rahatlıqla fərqlənə bilir, həm də eyni rahatlıqla qol buraxır. Komanda son 5 oyunun hamısında qapısında qol görüb.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Udoci “Tottenhem” yolunda

Növbəti yazı

Sürpriz kupon – 16.08.2022