Günün kuponu – 16.03.2023

Günün kuponu – 16.03.2023

 “Fənərbaxça” – “Sevilya” QOL/QOL

İlk oyunda 2-0 hesablı qələbə qazanan ispanlar 1\4 finala bir qədər yaxınlaşıb. İndi sarı lacivərdlilər öz meydanında revanş almağa çalışacaq.“Fənər” son dəfə “Sevilya”nı 2008-ci ildə məğlub edib. Sonrakı illərdə Türkiyə klubu ən yaxşı halda heç-heçəyə nail olub. Maraqlıdır ki, “Fənər” öz meydanında son 4 matçda qələbə qazanıb. 

“Real Betis” – “Mançester Yunayted” ALT2.5

Səfərdə 1-4 hesablı məğlubiyyət acısı yaşayan “Betis”in cavab oyunu demək olar formal xarakter daşıyacaq. Ona görə ingilislərin əsas heyətə güvənəcəyi sual altındadır. “Betis” son matçda layiqli oyun göstərməyə çalışacaq. 

“Frayburq” – “Yuventus” QOL/QOL

“Frayburq” 1\4 finala vəsiqə qazanmaq üçün qapısını toxunulmaz saxlamaqla yanaşı rəqibi iki dəfə mərkəzə dəvət etməlidi. A seriyasında cəzalanan Qoca Sinyora ağır psixoloji gərginlik yaşayır. “Yuve” üçün cavab matçının çətin olacağı dəqiqdi.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

220 milyonluq təklif

Növbəti yazı

Sürpriz kupon – 16.03.2023