Sürpriz kupon – 16.03.2023
“Feyenord” – “Şaxtyor” QOL/QOL
Statistika qonaqların xeyrinədir. Rəsmi matçlarda “Şaxtyor” Niderland təmsilçisini 2 dəfə məğlub edib, 1 oyunda heç-heçə oynayıb. İlk oyunda qeydə alınan bərabərlik (1-1) cavab matçının daha gərgin olacağını göstərir.
“Sivasspor” – “Fiorentina” QOL/QOL
1\8 finalın ilk duelində qonaqlar 1-0 hesablı qələbə qazanıb. Meydan sahibləri superliqada olduqca zəif çıxış edərək aşağı pillələrdə qərarlaşıb. “Fiorentina” A seriyası daxil olmaqla ardıcıl beş oyun qələbə seriyasını davam etdirmək niyyətindədir.
“Slovan” – “Bazel” 1-ci hissə cüt şans
İlk oyunda 2-2 hesablı nəticənin qeydə alınması cavab matçına marağı artırır. Son oyunda evdə “Jilina”ya uduzan “Slovan”ın müdafiədə müəyyən problemləri hiss olunur. İlk hissədə hesabın açılacağını və fasiləyə tərəflərdən birinin üstün yollanacağını düşünürəm.