Günün kuponu – 14.12.2022
Fransa – Mərakeş – 1
Mundiallar tarixində yarımfinala çıxan ilk Afrika komandası Mərakeşi bu dəfə daha ağır imtahan gözləyir. Fransa millisi əzəmətli görünür. Fikrimcə, mərakeşlilərin sürprizlər seriyası yarımfinalda bitəcək. Matç elə əsas vaxtda Fransanın qələbəsi ilə bitəcək.
“Kəpəz” – “Sabah” – 2
“Sabah” çempionatda “Şamaxı” ilə matçda sürpriz xal itkisindən (1:1) sonra ölkə kubokunda “Səbail”ə uduzdu. Murad Musayevin komandasının toparlanması üçün Gəncə səfərində mütləq qələbə qazanmalıdır. Əks halda, lider “Qarabağ”la xal fərqi arta bilər.
“Rapid Buxarest” – “Petrolul” – 2,5 ALT
Hər iki komanda möhkəm müdafiəsi ilə seçilir. Öz aralarındakı oyunların statistikası da düşündürücüdür. Çempionat matçlarında son 13 duelləri 2,5 alt bitib. Bu “seriya”nın davam edəcəyini gözləyirəm.