Sürpriz kupon – 14.12.2022
Fransa – Mərakeş – QOL/QOL
2,25 əmsal, yetərincə yaxşıdır. Bu mundialda hər oyun qapısında qol görən Fransaya Mərakeşin də eyni aqibəti yaşadacağını düşünürəm. Fransanın özünün qol vuracağına isə inamım hədsizdir.
“Sumqayıt” – “Səbail” QOL/QOL
Sumqayıt klubu mövsümdə ilk qələbəsini ötən tur qazanıb. Son pillədən qurtulmaq üçün qələbəyə oynayacaqlar. Amma “Səbail”in də xala olduqca ehtiyacı var. Hər iki komanda keçirdikləri son 4 oyunda azı bir qol vura bilib. Məncə, yenə meydanı qolsuz tərk etməyəcəklər.
“Kəpəz” – “Sabah” – 2,5 ALT
İlk dövrdəki oyunda “Sabah” rəqibinə 5 cavabsız qol vursa da, bu “Kəpəz” həminki deyil. Üstəlik, Gəncədə istənilən rəqibə problem yarada bilirlər. Ona görə məhsuldar oyun gözləmirəm.