Günün kuponu – 12.07.2022
“Şerif” – “Zrniski” 1
İlk oyun qolsuz heç-heçə başa çatdığından Moldova klubu cütün favoriti sayılır. “Şerif”in avrokubok təcrübəsinin çox olduğunu nəzərə alsaq, meydan sahiblərinə üstünlük verməliyik. Bir qol Moldova klubunu növbəti mərhələyə keçirəcək.
“Klaksvik” – “Bodo Qlimt” 2
Norveç klubu evdəki 3:0 hesablı qələbədən sonra səfərə çox rahat yollanır. “Bodo Qlimt”in qələbə qazana bilməməsi yalnız arxayınlıqdan ola bilər. Buna baxmayaraq, Farer adaları klubunun öz meydanında daha güclü rəqibə qalib gəlməsi inandırıcı görünmür.
“Vikinqur” – “Malmö” QOL/QOL
İlk oyun çox dramatik keçmişdi. İslandiya klubu 39-cu dəqiqədən meydanda azlıqda qalsa da, rəqibə ciddi müqavimət göstərə bilmişdi. “Vikinqur” revanş matçında yəqin ki, ilk dəqiqələrdən irəli atılacaq. Yenə də məhsuldar oyun izləyə bilərik.