Sürpriz kupon – 12.07.2022

Sürpriz kupon – 12.07.2022

“Linkoln” – “Şkupi” 2
İlk oyunda rəqib qapısından 3 cavabsız top keçirən Makedoniya klubu bu dəfə də cütün favoriti sayılır. Hətta “Şkupi” doğma divarlar arasında olduğu kimi səfərdə də böyük hesabla qalib gələ bilər.

RFS – HİK QOL/QOL
Çətin proqnoz veriləsi oyunlardandır. Riqada istənilən nəticə qeydə alına bilər. İlk matçda Finlandiya klubu minimal hesabla qələbə qazanıb. Amma “sürüşkən” hesab olduğundan hər iki tərəf hücum etmək məcburiyyətindədir.

“Jalqiris” – “Balkani” ALT 2,5
Litva futbolunun flaqmanı olan “Jalqiris” Kosovo səfərindən 1:1 hesablı bərabərliklə dönmüşdü. İndi Vilnüs klubu doğma meydanda mərhələni keçməyə çalışacaq. Məncə, hər iki komanda ehtiyatlı oynayacaq. Ona görə də çox qol görməyə bilərik.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 12.07.2022

Növbəti yazı

Rodri ilə müqavilənin müddəti uzadılır