Günün kuponu – 11.10.2022
“Kopenhagen” – Mançester Siti” 2
Qvardiolanın komandası qrupun aşkar favoritidir. “Şəhərlilər” 3 oyundan sonra 100 faizlik nəticə ilə 1-ci yeri tuturlar.
“Kopenhagen”in isə yalnız öz meydanında “Sevilya” ilə bir heç-heçəsi var.
İngiltərə klubunun heyətində Kayl Uoker və Con Stounz zədəlidir. Danimarka təmsilçisinin də itkiləri çoxdur.
“Siti” səfərdən 3 xalla dönməyə məcburdu.
PSJ – “Benfika” 1
Ötən həftə Paris klubu Lissasbon səfərində qələbə qazana bilmədi – 1:1.
İndi hər iki komandanın 7 xalı var və qrupda 1-2-ci yerləri bölüşürlər. PSJ “Benfika” bərabərliyindən sonra Liqa-1-də “Reyms”lə də bacarmadı – 0:0.
Kristof Qaltyenin komandası bu dəfə nəyin bahasına olursa- olsun, qələbə qazanmalıdır. “Reyms”lə görüşü buraxan Messinin oynaması sual altındadır. Əgər PSJ bu oyunda da xal itirsə, artıq baş məşqçiyə müəyyən etimadsızlıq yarana bilər.
“Borussiya Dortmund” – “Sevilya” ÜST 2,5
İspaniya klubu Almaniya səfərinə yeni baş məşqçi Xorxe Sampaolinin rəhbərliyi altında yollanıb. Ötən həftə hələ Lopateqi iş başında olarkən Dortmund klubu “Sevilya”nı səfərdə 4:1 hesabı ilə məğlub etmişdi. Sampaoli La Liqadakı debüt matçında “Atletik Bilbao” ilə bərabərə qaldı – 1:1.
Bu komandalar arasında son 4 oyun ÜST 2,5 gəlib. Bu dəfə də bol qollu oyun gözləyirəm.