Sürpriz kupon – 11.10.2022
“Makkabi Hayfa” – “Yuventus” QOL/QOL
“Yuventus” pley-offa vəsiqə qazanmaq üçün mütləq səfərdən qələbə ilə dönməlidir. Hazırda 3 xalı “Yuve” 1-2-ci yerləri bölüşən PSJ və “Benfika”dan 4 xal geri qalır.
Turin klubunun son vaxtlar işləri yaxşı getmir. Alleqrinin komandası A seriyasının son turunda “Milan” səfərindən məğlub döndü – 0:2.
“Yuventus” öz meydnında “Makkabi” üzərində 3:1 hesabı ilə qələbə qazanmışdı. Hələ ki xalı olmayan İsrail klubu doğma divarlar arasında rəqibinə müqavimət göstərməyə çalışacaq. “Yuve” favorit olsa da, hayfalılar da da qol vura bilərlər.
“Seltik” – “Leptsiq” QOL/QOL
“Leyptsiq” 3 xalla qrupda 3-cü, “Seltik” isə 1 xalla 4-cü yeri tutur. Ötən həftə Almaniya təmsilçisi öz meydanında 3:1 hesabı ilə qələbə qazandı.
Qapıçı Peter Qulaçi zədəli olduğu üçün “Leyptsiq” təcili yeni qolkiper transfer etdi.
Şotlandiya klubu öz meydanındakı oyunları yaxşı keçirir. Ona görə də hər iki komandadan qol gözləyirəm.
“Milan” – “Çelsi” QOL/QOL
Bu qrupda nəyin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Hazırda 4-cü yeri tutan “Dinamo Zaqreb”in də pley-offa yüksəlmək şansı var.
Ötən həftə “Çelsi” öz meydanında “Milan”ın qapısından 3 cavabsız top keçirdi. Lakin bu görüşdən sonra Piolinin komandası çempionatda prinsipial rəqiblərindən olan “Yuventus”u məğlub etdi – 2:0. Bu səbəbdən “Milan”da əhval-ruhiyyə pis deyil. Düzdür, hələ də zədəli futbolçuların sayı çoxdur.
“Çelsi” son 3 oyunda rəqib qapılarından 8 top keçirib. Məhsuldar bir matç ola bilər.