Günün kuponu – 11.06.2022
Niderland – Polşa QOL/QOL
Hər iki komandanın qrupdakı ilk 2 oyunu bol qollu olub. 2 turda rəqib qapılarına (o cümlədən, Belçika kimi komandaya 4 cavabsız top) toplam 6 qol vuran Niderland millisi 6 xalla qrupun vahid lideridir. Polşa isə ilk turda Uelsə 2:1 qalib gəldikdən sonra Belçika matçında darmadağın olundu – 1:6! İndi polyaklar o məğlubiyyəti unutdurmaq üçün qrup liderinə qarşı tam səfərbər olacaq. Tərəflər öz aralarındakı son 6 dueldən 5-ində qarşılıqlı qollar qeydə alınıb. Fikrimcə, bu dəfə də belə olacaq.
Macarıstan – Almaniya 2
İtaliya və İngiltərə ilə 1:1-lərdən sonra almanların qələbə qazanmalı olduğu oyun yetişib. Əgər Macarıstana qalib gəlməsələr bundestimin qrup qalibi olması çətinləşəcək. Rəsmi oyunlarda 1954-dən, yoldaşlıq görüşlərində isə 2004-cü ildən bu yana macarlara uduzmayan Almaniya yığması məncə, matçı qələbə ilə bitirəcək.
Lüksemburq – Türkiyə 2
Türkiyə millisi zəiflərin yer aldığı C divizionunda özünü “suda balıq kimi” hiss edir. 2 oyuna 10 cavabsız qol vurublar. Lüksemburq yığması Farer adaları və Litva ilə müqayisədə daha möhkəm komanda olsa da, məncə bu, türklərin qələbəsinə mane ola bilməyəcək.