Sürpriz kupon – 11.06.2022
Uels – Belçika QOL/QOL
Belçika ilk turda Niderlanddan ağır məğlubiyyətin (1:4) heyfini növbəti matçda Polşadan çıxdı – 6:1. Uelsə qarşı da aqressiv futbol oynayacaqlarını düşünürəm. Qaret Beylin komandası isə Ukraynanı məğlub edib dünya çempionatınına vəsiqə qazanmağın sevincini yaşayır. Bəlkə də Millətlər Liqası onlar ü m ün hazırda elə bir əhəmiyyət daşımır. Bununla belə Niderlanddan sonra ardıcıl 2-ci məğlubiyyəti yaşamamaq üçün Belçikaya ciddi müqavimət göstərəcəklərini düşünürəm. Belə vəziyyətdə qol/qol daha optimal variant kimi görünür.
Rumıniya – Finlandiya 2,5 ALT
Rumınlar Millətlər Liqasına bərbad başlayıb. Bir qol belə vurmadan hər 2 oyunda uduzublar: Monteneqroya 0:2, Bosniyaya 0:1. Bu tur qələbə üçün oynayacaqlar. Amma möhkəm “fin səddi”ni yarmaq onlara elə də asan olmayacaq. Ehtiyatlı oyun və yekun olaraq 2,5 alt gözləyirəm.
Macarıstan – Almaniya QOL/QOL
İngiltərənin məğlub edib (1:0), İtaliyaya qol vuran (1:2) Macarıstan yığması üçün almanların qapısına yol tapmaq müşkül olmamalıdır. Macarların yetərincə yaxşı hücum xətti var. Əksəriyyəti də bundesliqada oynadığından alman müdafiəçilərinə yaxşı bələddirlər. Almaniya millisinin qol vuracağı isə 2×2 kimi görünür. Qol /qol variantına mərc etməyə dəyər.