Günün kuponu – 10.05.2023
“Urava” – “Saqan Tosu” – 1-ci hissə cüt şans 12
Yaponiya “J liqası”nda günün yeganə matçının bol qollu keçəcəyini təxmin edirəm. Çünki həm 9 oyuna 13 qol vuran “Urava”nın hücum potensialı yüksəkdir, həm də 10 matçda qapısından 17 qol buraxan “Saqan Tosu”nun müdafiəsi bərbaddır. Məhsuldar oyun gözlədiyimdən ilk yarında hesabın açılma ehtimalı böyükdür. Ona görə fasiləyə qədər hesabdakı bərabərliyin pozulacağına mərc edirəm.
“Milan” – “İnter” – komandanın künc zərbələrinin sayı – “İnter” 4,5 ÜST
Bu Milan derbisi Çempionlar Liqasının yarımfinalına təsadüf etdiyindən 1×2 mərc variantı çox risklidir. Derbidə istənilən nəticəni gözləmək olar. Fikrimcə, kornerlərə daha rahat mərc etmək olar. Hər halda “İnter”in 90 dəqiqə ərzində 4-dən çox künc zərbəsi qazanacağı daha real görünür. Əmsalı da pis deyil -1,58.
“Maqtaaral” – “Astana” – 2
8 turdan sonra Qazaxıstan premyer liqasının liderlər qrupunda sıxlıqdır. 2-ci sırada qərarlaşan “Astana”nın sonuncu pillədə yer alan “Maqtaaral” qarşısında xal itirəcəyi real görünmür. Məncə, oyun 2 variantı gözləniləndir.