Günün kuponu – 10.02.2024
Qalatasaray – Başakşəhər 1
“Fənərbaxça” ilə gərgin çempionluq yarışına çıxan “Qalatasaray” üçün hər oyun final xarakterlidir. Məncə, “Cim-Bom” xal itkisinə yol verməyəcək.
Borussiya Münhenqladbax – Darmştadt 1
Son 3 oyunda qələbə qazana bilməyən “Borussiya” Bundesliqanın hazırda ən zəif komandası ilə dueldə gücünü göstərməlidir. Hərçənd aralarındakı son 4 dueldə Münhenqladbax təmsilçisi “Darmştadt”a qalib gələ bilməyib. Fikrimcə, bu dəfə “tilsim qırılacaq”.
Bayer Leverkuzen – Bayern Münhen QOL/QOL
Bir tərəfdə fantastik bir mövsüm keçirən Leverkuzen klubu və digər tərəfdə Bundesliqanın “əbədi nəhəngi” “Bayern”! Belə komandaların duelində ağıla gələn ilk variant qarşılıqlı qollardır.