Günün kuponu – 09.12.2022
Xorvatiya – Braziliya ALT 2,5
Mundialın ən parlaq oyun göstərən komandası Braziliya son dünya çempionatının finalçısı Xorvatiyaya qarşı.
Pentekampeonlarda Qabriel Jesus zədələnib və əməliyyat olunacaq.
Xorvatiya hələ ki mundialda pis müdafiə olunmur. Komanda qrupda yalnız Kanadadan, pley-offda isə Yaponiyadan 1 top buraxıb. Braziliya yaxşı müdafiə olunan komandalara qarşı çətinlik çəkir.
Niderland – Argentina QOL/QOL
Niderland dünya çempionatında bütün rəqiblərinin qapısına yol tapa bilib.
Argentina isə pley-offda Avstraliya üzərində çətin qələbə qazandı – 2:1.
Messi və komanda yoldaşları Lui van Qallın taktikası qarşısında çətinlik çəkəcək.
Hər iki komandanın fərqlənmək imkanları ola bilər.
“Samsunspor” – “Yeni Malatyaspor” 1
Samsun klubu oyunun aşkar favoritidir. Komanda bu mövsüm Super Liqaya çıxmağı qarşısına məqsəd qoyub.
15 oyuna cəmi 2 qələbə qazanan “Yeni Malatyaspor” təhlükəli zonadadır.
“Samsunspor” doğma divarlar arasında autsayderlərdən biri ilə görüşdə xal itirməz.