Sürpriz kupon – 09.12.2022
Xorvatiya – Braziliya X
Sürpriz kuponda risk edərək əsas vaxtın heç-heçə qurtaracağını yazmaq olar.
Xorvatiya müdafiəni digər oyunlardakı kimi qursa, rəqibə çətin anlar yarada bilər. Görək əzəmətli Braziliya hücumu bu sınaqdan necə çıxacaq?
Niderland – Argentina ÜST 2,5
Niderland ABŞ-la 1/8 final oyununda çərçivəsinə 7 zərbə buraxmışdı. Lakin “narıncılar”ın qapıçısı Noppert 6 seyv etdi. Aydın məsələdir ki, Argentinanın hücum potensialı ABŞ-dan qat-qat güclüdür. Odur ki, ÜST 2,5 ağlabatan variantdır.
“Brisbane Roar” – “Adelaide Yunayted” 2
“Adelaide” 2-ci pillədən 2 xal geri qalır.
“Brisbane” 12 komanda arasında 9-cu yeri tutur.
“Adelaide” son oyunda öz meydanında”Brisbane”yə uduzub. Ona görə bu matça revanş kimi baxır.