Günün kuponu – 09.09.2022
“Lans” – “Trua” QOL/QOL
“Lans” çempionata əla başlayıb. Komanda 6 oyundan sonra 14 xal toplayıb və PSJ ilə “Olimpik”dən cəmi 2 xal geri qalır. “Lans” bu mövsüm hətta “Monako”nu da səfərdə 4:1 hesabı ilə məğlub edib. Lakin Frank Haisenin komandası son 4 oyunun hamısında qapısında qol görüb.
“Trua” son oyunda “Renn”lə öz meydanında bərabərə qalıb – 1:1. Maraqlıdır ki, “Trua”a da son 8 matçda qapısından top buraxıb. Yəni hər iki klubun müdafiə ilə bağlı problemləri mövcuddur.
Hər iki komandada cəzalı futbolçular var. “Lans”da Deiver Maçado, “Trua”da isə Yoan Salmier ötən tur qırmızı vərəqə alıblar.
“Jirona” – “Valyadolid” ALT 2,5
Meydan sahiblərinin heyətlə bağlı ciddi çətinlikləri var. Yanxel Errera, Borxa Qarsiya, Kristian Stuaini kimi futbolçuların oynaması sual altındadır.
Hər iki komanda 4 turdan sonra 4 xal toplayıb. “Jirona” son iki oyunda qələbə qazana bilməyib. “Valyadolid” isə “Barselona” məğlubiyyətindən sonra “Almeriya” ilə matçda 3 xal qazandı.
Hər iki tərəf ehtiyatlı oynayacağından çox qol olacağını düşünmürəm.
“Volendam” – “Qou Ehed İqlz” QOL/QOL
“Qou Ehed İqlz” 5 oyundan sonra xal toplaya bilməyib və 18 komanda arasında 17-ci yeri tutur.
“Volendam” isə son iki görüşdə qapısından 11 top buraxıb. “PSV Eyndhoven” “Volendam”ı 7:1 hesabı ilə məğlub etmişdi.
Elə bir oyundur ki, hər iki tərəfin qol vurmaq imkanları olacaq.