Sürpriz kupon – 09.09.2022
“Alanyaspor” – “Ankaragücü” QOL/QOL
Hər iki komandaya qələbə lazımdır. Paytaxt klubu 1 xalla turnir cədvəlində sonuncu yeri tutur.
“Alanyaspor” isə son iki oyunda məğlub olub. Bundan başqa, Franko Fariolinin komandası 4 turdur qələbə qazana bilmir.
“Ankaragücü” son görüşdə çempionatın lideri “Beşiktaş”a udzsa da, 2 top vura bildi – 2:3. Ankara təmsilçisində braziliyalı Marlon ötən tur qırmızı vərəqə aldığından komandasına kömək edə bilməyəcək.
“Verder” – “Ausburq” 1
Ole Vernerin rəhbərlik etdiyi “Verder” cari mövsümdə şən və baxımlı futbol göstərir. Bremen klubu 3-cü turda “Borussiya Dortmund”u səfərdə 3:2 hesabı ilə məğlub etmişdi.
“Ausburq”a gəlincə, komanda son 3 qarşılaşmada uduzub. Qonaqların heyətində zədəli futbolçular da çoxdur.
Oyunun aşkar favoriti “Verder”dir.
“Börnli” – “Norviç” QOL/QOL
Hər iki klub İngiltərə Premyer Liqasına vəsiqə qazanamğa əsas namizədlərdən sayılır. “Norviç” 16 xalla 2-ci, “Börnli” isə 13 xalla 5-ci yeri tutur.
“Norviç” son 3 oyununu qələbə ilə başa vurub. “Börnli” isə 3 qalibiyyətdən sonra ötən tur “Vest Bromviç”lə matçda büdrədi – 1:1.
Hər iki klubun hücum potensialı yaxşı təsir bağışlayır və qarşılıqlı qollar ola bilər.