Günün kuponu – 08.02.2022

Günün kuponu – 08.02.2022

“Nyukasl” – “Everton” – 2

“Frenk Lempard “Everton”un sükanı arxasında ikinci rəsmi oyuna çıxacaq. “Siftə” kifayət qədər uğurlu alınmışdı: “Brentford” üzərində 4:1 hesablı qələbə. Bu dəfəki rəqib “Nyukasl” autsayderlər arasında olsa da, “sağsağanlar” Premyer Liqada 3 oyundur uduzmur. Bu mövsüm “Nyukasl” “Everton”u səfərdə məğlub edə bilmişdi. İndi Lemprd və komandasına əvəz çıxmaq üçün fürsət düşüb. “Everton” son 3 matçda rəqibi üzərində qələbə qazana bilməsə də, bu dəfə hər şey fərqli ola bilər.

“Vest Hem” – “Uotford” – 1

Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “Vest Hem” çempionatda son iki oyunda uduzub. London klubu FA Cup-da da aşağı liqa təmsilçisi “Kidderminster”i əlavə vaxtda vurulan qol hesabına çətinliklə məğlub etdi. Təhlükəli zonadan çıxmağa çalışan “Uotford” son 3 turda 2 xal yığıb. Bu komandalar arasında son 4 görüşün hamısında “Vest Hem” qalib gəlib. Düşünürəm ki, bu dəfə də favorit Devid Moyesin komandasıdır.

“Luton” – “Barnsli” – 1

FA Cup-da 1/8 finala yüksələn “Luton”da əhval-ruhiyyə yüksəkdir. “Luton” Championship-də də son matçda “Suonsi”ni səfərdə məğlub etmişdi. Növbəti turda isə rəqib 24 komanda arasında sonuncu yeri tutan “Barnsli”dir. Bu komanda son 5 oyununun hamısında meydanı məğlub tərk edib.

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

İbrahimoviç 2 oyunu buraxacaq

Növbəti yazı

Sürpriz kupon – 08.02.2022