İbrahimoviç 2 oyunu buraxacaq

İbrahimoviç 2 oyunu buraxacaq

Zlatan İbrahimoviç “Milan”ın qarşıdakı oyunlarını buraxacaq. Buna isveçli hücumçunun zədəsi səbəb olub.

Eyni səbəbdən “İnter”lə Milan derbisini (2:1) buraxan forvard “Latsio” ilə kubok, “Sampdoriya” ilə çempionat matçlarından da kənar qalacaq. Bu qarşılaşmalar fevralın 9-da və 13-də keçiriləcək.

“Yuventus”la yanvarın 23-də baş tutan görüşdə zədələnən futbolçunun gələn həftə meydana dönəcəyi gözlənilir. 40 yaşlı veteran futbolçu cari mövsüm 19 matçda 8 qol vurub.

e-Topaz

Əvvəlki yazı

Qonaqların günü: “Qarabağ”la “Zirə”dən qələbə

Növbəti yazı

Günün kuponu – 08.02.2022