Sürpriz kupon – 08.02.2022
“Börnli” – “Mançester Yunayted” – 2
FA Cup-da “Middlsbro”ya uduzaraq mübarizəni dayandıran “M.Y”nun bu dəfə büdrəməyə haqqı yoxdur. Sonuncu pillədə olan “Börnli” ilə oyunda hər hansı xal itkisi faciəyə bərabər tutulacaq. “Börnli” yanvarın 23-də səfərdə “Arsenal”dan xal alaraq (0:0) Premyer Liqada qalmaq üçün sona qədər döyüşəcəyini göstərdi. “Yunayted” öz aralarındakı son 3 oyunda “Börnli” üzərində qələbə qazanıb. Bu dəfə “2” gəlməsə, Britaniyada yer-yerindən “oynayacaq”.
“Derbi” – “Hall Siti” – ALT 2,5
Acunun klubu “Hall Siti” bu tur autsayder “Derbi”nin qonağı olacaq. Şota Arveladzenin çalışdırdığı “Hall Siti” ötən tur öz meydanında “Preston”a uduzdu. “Derbi” “Şeffild” üzərində qələbədən sonra 3 oyuna 1 xal yığıb. Hər iki komandanın matçları nadir hallarda bol qollu alınır. Son 4 qarşılaşmada alt 2,5 gəlib. Düşünürəm ki, bu dəfə də tərəflər ehtiyatı əldən verməməyə çalışacaqlar.
“Koventri” – “Blekpuul” – 1
Qonaqların 4 aparıcı futbolçusu səfər matçında forma geyinə bilməyəcək. Komandaların xalları bərabər olduğundan oyunun gərgin keçəcəyi gözlənilir. “Koventri”nin son 3 görüşdə 1 qələbəsi, 2 məğlubiyyəti var. “Blekpuul” isə son 3 turda 7 xal toplayıb. “Koventri” 1-ci dövrədə səfərdə rəqibini məğlub edə bilmişdi. “1” mərci çox da riskli sayılmamalıdır.