Günün kuponu – 03.12.2022
Argentina – Avstraliya 1/1
Messinin komandasının qarşısına 1/8 finalda ən uyğun rəqib çıxıb. Bu matçda möcüzəyə inanmıram. Fikrimcə, Argentina artıq ilk hissədə qələbənin əsasını qoyacaq. Belədə həm 1-ci taymda, həm də matçın yekununda qələbə qazanacaq. 1,57 əmsalı məncə dəyərləndirmək lazımdır.
“Sakaryaspor” – “Ərzurumspor” – cüt şans x2
“Sakaryaspor” 10-cu, ərzurumlular isə 15-ci pillədə qərarlaşıb. Meydan sahibi matçın favoriti sayılsa da, bu rəqiblə görüşlərdə Sakarya klubu adətən çətinlik çəkir. Tərəflərin öz aralarındakı son 3 dueldə qalib müəyyənləşməyib. Fikrimcə, bu matçda da heç-heçə ehtimalı az deyil. Amma qonaqların qələbəsini də istisna etmədiyindən cüt şansa (x2) mərc edirəm.
“Samsunspor” – “Dənizlispor” – 1
Ötən tur 2 xal itirən Samsun klubu çətin ki, çempionatın ən zəif komandası ilə dueldə “büdrəsin”. Qələbə meydan sahibinə liderlər qrupuna düşmək imkanı verəcək. Ona görə oyun 1 variantına daha çox güvənirəm.