Sürpriz kupon – 03.12.2022
Argentina – Avstraliya – YOX/QOL
Avstraliya millisi qrupda hər 3 oyunda qol vursa da, məncə, 1/8 finalda bu seriyaları dayanacaq. Argentinanın müdafiə xəttini yarmaq bu mundialda yalnız ərəblərə nəsib olub. Avstraliyanın hücum xəttinin bunu bacaracağını düşünmürəm.
Niderland – ABŞ – 2,5 ALT
Hər iki komandanın qrupda keçirdiyi bütün oyunlar 2,5 alt bitib. Bəli, 3 oyun Niderlandın, 3 görüş də ABŞ-ın və hamısı “alt”. Daha vacib, həlledici xarakterli 1/8 final matçında bu “ənənə” niyə davam etməsin ki? Ona görə 2,5 alt!
“Bodrumspor” – “Gənclərbirliyi” – 1
Bodrum klubu 8-ci sırada olsa da, onları 2-ci pillədən cəmi 3 xal ayırır. Son 4 matçda qələbə üzünə həsrət qalan “Bodrumspor”un autsayder “Gənclərbirliyi” ilə görüşdə uğursuz seriyaya son qoyacağını düşünürəm.