Emin Mahmudov: “Qələbələr əlavə inam verir”

Emin Mahmudov: “Qələbələr əlavə inam verir”

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək. Yığmamız Şimali Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaq.

Qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında millinin kapitanı Emin Mahmudov da iştirak edib. O, matç barədə fikirlərini açıqlayıb:

“Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.

Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Ferdi Elmas, Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.

Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “İtirəcəyimiz bir şeyimiz yoxdur”

Növbəti yazı

Günün kuponu – 20.11.2022