Günün kuponu – 20.11.2022

Günün kuponu – 20.11.2022

Qətər – Ekvador – 2,5 Alt

Dünya çempionatının açılış oyununa şahidlik edəciyik. Qrup oyunlarından azad olmuş Qətər millisi birinci dəfədir mundialda iştirak edir. Azarkeşləri önündə yüksək motivatsiya ilə oynayacaqlar. Məğlub olmaq heç istəməyəcəklər. Ekvadormillisi öz qrupunda 4-cü yeri tutub. Birbaşa dünya çempionatına qatılıb. Cəmi bir dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. Oyun 4-3 Qətər millisinin xeyrinə nəticələnib. Dünya çempionatının açılış matçında millilər ehtiyatlı oyun sərqiləyəcəklər. Böyük risqə getməyəcəklər. Ehtimal olunan proqnoz 2,5 altdır.

“Fk-Andorra” – “Luqo” – 1

Dünya çempionatı ərəfəsində sequndada çempionat oyunları davam edir. Ev sahibi komandası rəhbəri olduğu Pike ilə ilk dəfədir ki sequndaya yüksəlir. Özünü komanda olaraq yaxşı tərəfdən göstərir. Pley-off zonasından cəmi 4 xal geri qalır. Qonaq “Luqo” keçən ildə olduğu kimi yerini sequndada qorumaq istəyir. 15 turdan sonra cəmi 14 xalı var. Onlardan az xal toplayan 3 komanda var. Komandalar fərqli məqsədlər üçün çalışır. “Andorra” böyük ehtimalla bu qələbə fürsətini qaçırmaz.

“Eybar” – “Alaves” – QOL/QOL

“Eybar” çempionatın lideri “Alaves”i qəbul edir. 15 oyundan sonra ev sahibi 7 qələbə 5 heç-heçə 3 məğlubiyyətlə turnir cədvəlinin 5 pilləsində qərarlaşıb. Çempionatın lideri 15 oyun 8 qələbə 6 heç-heçə cəmi 1 məğlubiyyəti var və 30 xalla 1-ci yerdə gedir. Hər iki komanda məhsuldarlığı ilə seçilir. Hücum futboluna üstünlük verirlər. Bu oyunda favorit yoxdur. Bu amilləri nəzərə alıb qol-qol proqnozunun üzərində dayanırıq.

Mr. X

Əvvəlki yazı

Emin Mahmudov: “Qələbələr əlavə inam verir”

Növbəti yazı

Sürpriz kupon – 20.11.2022