Dünya çempionatlarının üçüncüsü
İspaniya millisinin futbolçusu Qavi DÇ-2022-nin Kosta-Rika ilə oyununda (7:0) qollardan birinin müəllifi olub. O, dünya çempionatında ilk qolunu 18 yaş 110 günlüyündə vurub.
Qavi mundiallar tarixinə qol vuran 3-cü ən gənc oyunçudur. Mütləq rekord 1958-ci ildə 17 yaş 239 günlüyündə fərqlənən braziliyalı “Futbol kralı” Peleyə məxsusdur. Meksikalı Manuel Rosas 1930-cu ildə 18 yaş 93 günlüyündə qol sevinci yaşayıb.