Diabi “Aston Villa”da
“Aston Villa ”Mussa Diabinin transferini yekunlaşdırıb. Fransa yığmasının üzvü ilə müqavilə imzalanıb.
24 yaşlı futbolçu Birmingem klubu ilə 5 illik razılıq əldə edib. Diabinin çıxış etdiyi Leverkuzen “Bayer”i isə bu transferdən 50 milyon qazanıb. Yarımmüdafiəçinin Səudiyyə Ərərbistanından təklif alsa da, o, karyerasını Avropada davam etdirməyə qərar verib.