Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı


Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb. Püşk qitənin bəzi aparıcı klublarını qrupda üz-üzə qoyub. Azarkeşlər qrup mərhələsində PSJ – “Mançester Siti”, “Bavariya” – “Barselona”, “İnter” – “Real”, “Atletiko” – “Liverpul”, “Çelsi” – “Yuventus” görüşlərini izləyəcək. Ötən mövsüm Avropa Liqasının finalında qarşılaşan “Vilyarreal”la “Mançester Yunayted” də eyni qrupa düşüb.
Qrup mərhələsinə sentyabrın 14-də start veriləcək.
A qrupu: “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Leypsiq” (Almaniya), “Brügge” (Belçika)
B qrupu: “Atletiko” (İspaniya), “Liverpul” (İngiltərə), “Porto” (Portuqaliya), “Milan” (İtaliya)
C qrupu: “Sportinq” (Portuqaliya), “Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Niderland), “Beşiktaş” (Türkiyə)
D qrupu: “İnter” (İtaliya), “Real” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Şerif” (Moldova)
E qrupu: “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna)
F qrupu: “Vilyarreal” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Atalanta” (İtaliya), “Yanq Boyz” (İsveçrə)
G qrupu: “Lill” (Fransa), “Sevilya” (İspaniya), “Zalsburq” (Avstriya), “Volfsburq” (Almaniya)
H qrupu: “Çelsi” (İngiltərə), “Yuventus” (İtaliya), “Zenit” (Rusiya), “Malmö” (İsveç)

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 3-cü dəfə “Böyük dəbilqə”dən kənar qaldı

Növbəti yazı

UEFA ən yaxşıları açıqladı