Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə 16 komanda 8 cüt təşkil edib.
Mərhələyə 2023-cü ildə start veriləcək. İlk oyunlar fevralın 14-15-də və 21-22-də, cavab görüşləri martın 7-8-də və 14-15-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final mərhələsi
“Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Brügge” (Belçika) – “Benfika” (Portuqaliya)
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya)
“Borussiya” (Almaniya) – “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) – “Porto” (Portuqaliya)
PSJ (Fransa) – “Bavariya” (Almaniya)