Sürpriz kupon – 08.11.2022
“Bayern Münhen” – “Verder” ÜST 2,5
Naqelsmannın komandası öz meydanında turnir cədvəlində 7-ci yeri tutan “Verder”i qəbul edəcək. Bremen təmsilçisi “Frayburq”a uduzduqdan sonra son iki oyununu qələbə ilə başa vurub.
“Bayern Münhen” 41 qolla Bundesliqada ən çox top vuran komandadır. “Verder” müdafiədə oturan komanda olmadığından bizi bol qollu matç gözləyə bilər.
“Elçe” – “Jirona” 1
Sürpriz kupondursa, niyə də risk etməyək? “Elçe” hələ ki cari mövsümdə qələbə qazana bilməyib. Amma Almironun komandası nə vaxtsa, qalibiyyətə sevinməlidir və bu, niyə də “Jirona” ilə görüşdə olmasın?
Son oyunda “Atletik”i məğlub edən “Jirona” ondan əvvəlki turda gözlənilmədən “Santyaqo Bernabeu”dan “Real”la matçdan xal gətirmişdi – 1:1.
Öz aralarındakı son 5 görüşdə “Elçe” “Jirona”ya uduzmayıb. Təbii ki, indi komandaların gücü, potensialı fərqlidir. Lakin ümid edək ki, bu dəfə də ənənə öz sözünü deyəcək.
“Atletik” – “Valyadolid” QOL/QOL
Bask klubu “Vilyarreal” üzərində qələbədən sonra ötən tur “Jirona”yə səfərdə uduzdu – 1:2.
“Valadolid” də son görüşünü 3 xalla başa vurub.
Mydan sahiblərində İker Munyain, Ander Herrera, Dani Qarsiya kimi aparıcı futbolçular zədəlidir.
Bu komandalar arasında son 5 oyunda qarşılıqlı qollar qeydə alınıb. Bu dəfə favorit “Atletik” sayılsa da, qol\qola da mərc etmək olar.