Günün kuponu – 08.11.2022
“Kremenoze” – “Milan” 2
Lider “Napoli”dən 6 xal geri qalan “Milan” bu tur mütləq qələbə qazanmalıdır. Piolinin komandası təhlükəli zonada olan “Kremenoze” səfərinə yollanacaq.
Çempionlar Liqasında pley-offa vəsiqəni təmin edən “Milan” indi bütün diqqətini A seiyasına yönəldə bilər. Ötən tur 89-cu dəqiqədə “Spetsiya”nın qapısına yol tapıb komandasına qələbə gətirən (2:1) Olivye Jiru “Kremenoze”yə qarşı oynamayacaq. Səbəb isə onun qol sevinci zamanı formasını çıxarıb 2-ci sarı vərəqə almasıdır.
“Kremenoze”nin son 2 matçda uduzmaması qonaqları narahat edən məqamlardandır. Bu komandalar sonuncu dəfə 1996-cı ildə üz-üzə gəliblər və həmin vaxt “Milan” 7:1 hesabı ilə qalib gəlib.
“Napoli” – “Empoli” ÜST 2,5
“Napoli”nin heyətində Çempionlar Liqasında “Liverpul”la görüşdə zədə alan Xviça Kvaratsxeliyanın oynayıb-oynamayacağı bəlli deyil. Spallettinin komandası son turda çətin “Atalanta” səfərindən qələbə ilə döndü -2:1.
“Empoli” isə ardıcıl iki məğlubiyyətdən sonra “Sassuolo” üzərində qələbə qazandı – 1:0.
Maraqlıdır ki, bu komandalar arasında son 2 görüşdə “Empoli” qalib gəlib.
“Volfsburq” – “Borussiya Dortmund” QOL/QOL
“Volfsburq” son 3 oyunda rəqiblərinin qapısından 9 top keçirib. Dortmund təmsilçisi ötən tur “Bohum”u 3 cavabsız qolla məğlub etdi.
Ötən mövsüm “Dortmund” hər iki oyunda (6:1, 3:1) “Volfsburq”u məğlub edib.
Hər iki komandanın hücum xəttinin əla təsir bağışlaması bol qollu oyun izləyə biləcəyimizdən xəbər verir.