Canni De Byazi: “Komanda kimi inkişaf edirik”

Canni De Byazi: “Komanda kimi inkişaf edirik”

Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu keçirib. Yığmamızın Belarusla qolsuz bərabərlik etdiyi matçdan sonra baş məşqçimiz Canni de Byazinin mətbuat konfransı keçirilib. O, görüş barədə fikirlərini açıqlayıb:

“Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik.Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kimi inkişaf edirik. Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz ilk xalını qazandı

Növbəti yazı

Remzi “Liverpul”un hədəfində