Millimiz ilk xalını qazandı
Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu keçirib. Yığmamız turnirdə ikinci oyununa çıxıb.
Komandamız səfərdə Belarusla qarşılaşıb. İlk yarıda üstünlük futbolçularımızda olub. Bir neçə təhlükəli hücumlar yaratsaq da, qol vurmaq mümkün olmayıb. İkinci yarıda da hesab açılmayıb. Eyni ssenari ilə davam edən matçda hücumlar məntiqi sonluqla tamamlana bilməyib. Hissənin sonlarında Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, C liqasının 3-cü qrupunun digər matçında Qazaxıstan səfərdə Slovakiyanı 1:0 hesabı ilə məğlub edib.