Sürpriz kupon – 07.06.2022
Almaniya – İngiltərə QOL/QOL
Keyn, Mount, Aleksandr Arnold, Uoker kimi heyətində futbolçuları olan İngiltərə Macarıstana uduzdu. Bu dəfə isə Qaret Sutqeytin komandasını “Allianz arena”da çətin oyun gözləyir. Almaniya 10 oyundur ki, uduzmur. Maraqlıdır ki, almanlar sonuncu dəfə Avro-2020-nin 1/8 finalında məhz İngiltərəyə məğlub olub. – 0:2. Bu dəfə də baxımlı və qollu bir oyun gözləyirəm.
Bosniya və Herseqovina – Rumıniya 1
Bosniyalılar DÇ-2022-nin seçmə mərhələsini çox zəif keçirdi. Komanda Fransa, Ukrayna və Finlandiyanı özündən irəli buraxaraq qrupda 4-cü yeri tutdu. Rumıniya son 3 oyunda qalib gələ bilməyib. Meydan sahiblərini qələbəyə daha şanslı sayıram.
Farer adaları – Lüksemburq 2
Lüksemburq Türkiyədən sonra qrupun ikinci ən güclü komandasıdır. Lüksemburq bir neçə gün öncə Vilnüsdə Litvanı çətinlik çəkmədən məğlub etdi. Maraqlıdır ki, Lüksemburq indiyə qədər Farer adaları üzərində qələbə qazanmayıb. Bu dəfə bu bəd ənənəyə də son qoymaq olar.