Günün kuponu – 07.06.2022
İtaliya – Macarıstan 1
İtaliya “Finalissima”da Argentinadan 3 top buraxdıqdan sonra Millətlər Liqasında Almaniya ilə 1:1 bərabərə qaldı. Macarıstan isə qrupun ilk görüşündə İngiltərəni məğlub edərək sensasiyaya nail oldu. Ümumiyyətlə, Millətlər Liqasının ilk turu göstərdi ki, böyük futbol ölkələri ağır mövsümdən sonra bu yarışa ciddi yanaşmırlar. Lakin İtaliya doğma publika önündə qələbə qazanmağa çalışacaq. Həm də apenninlilər Macarıstanla son oyunu yaxşı xatırlayırlar. 2007-ci ildə keçirilmiş yoxlama matçında “Skuadra Adzurra” rəqibinə 1:3 hesabı ilə uduzmuşdu.
Finlandiya – Monteneqro QOL/QOL
Finlandiya 3 gün öncə öz meydanında Bosniya və Herseqovina ilə görüşdə 90+3-cü dəqiqədə buraxdığı qolla qələbəni əldən vermişdi – 1:1. Monteneqro isə doğma meydanda Rumıniya üzərində qələbə qazanıb – 2:0. Bu komandalar ilk dəfə üz-üzə gələcəklər. Matçın məhsuldar keçəcəyini gözləməsəm də, hər iki komandanın fərqlənmək imkanı ola bilər.
Litva – Türkiyə 2
Əlbəttə ki, Türkiyə millisinin yeri C divizionu deyil. “Ay ulduzlular” daha yüksək liqada, daha güclü komandalarla qarşılaşmalıdır. Türkiyə qrupun ilk oyununda Farer adalarının qapısından 4 cavabsız top keçirdi. Litva isə öz meydanında Lüksemburqa uduzub – 0:2. Türkiyə rəqibi ciddiyə almasa, problem yaşaya bilər. Amma oyunun aşkar favoriti qardaş ölkənin komandasıdır.