Belyerin “Atletiko”nun bir addımlığında
“Arsenal”ın futbolçusu Ektor Belyerin karyerasını İspaniyada davam etdirə bilər. Müdafiəçi “Atletiko”ya keçməyə yaxındır.
Klublar arasında danışıqlar yekunlaşmaq üzrədir. İspaniyalının özü də vətənində oynamaq istəyir.
Madridlilər onun agenti ilə də görüşüb. Digər İspaniya klubları “Betis”lə “Vilyarreal” da onu heyətində görmək istəyir.