“Barselona” Busketsə əvəzləyici tapdı

“Barselona” Busketsə əvəzləyici tapdı

“Bavariya”nın futbolçusu Yozua Kimmix daha bir İspaniya nəhənginin maraq dairəsinə düşüb. “Real”ın ardınca “Barselona” da yarımmüdafiəçini transfer siyahısına daxil edib.

Kataloniya təmsilçisi artıq keçidlə bağlı hazırlıqlara başlayıb. Klub rəhbərliyi “Bavariya”nın daxilindəki durumdan yararlanmaq istəyir.

Maliyyə çətinlikləri olan “Barselona” komandadan gedəcək Serxio Busketsə əvəzləyici axtarır. Kimmix bunun üçün ideal variant hesab olunur.

ETOPAZ

Əvvəlki yazı

Faydasız 40 xal

Növbəti yazı

Tsitsipas 20-yə çatdı