Autsayderdə vida

Autsayderdə vida

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. “Elçe” Pablo Maçinlə yollarını ayırıb.

Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb. O, təyinatından sonra cəmi 4 ay bu postda qalıb. Maçinin rəhbərliyi altındakı 12 oyunda cəmi 2 qələbə əldə olunub.

Bu, “Elçe”də mövsümün üçüncü baş məşqçi istefasıdır. Fransisko Rodriges və Xorxe Almiron da postundan kənarlaşdırılıb.

Komanda 26 oyunda cəmi 13 xal toplayıb. “Elçe” turnir cədvəlinin autsayderidir.

ETOPAZ

Əvvəlki yazı

Haland yığmanı tərk etdi

Növbəti yazı

De Bruyne kapitan oldu