De Bruyne kapitan oldu

De Bruyne kapitan oldu

Belçika millisinin yeni kapitanı bəlli olub. Bu qərarı baş məşqçi Domeniko Tedesko verib.

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne yığmanın kapitanı təyin edilib. Qapıçı Tibo Kurtua və hücumçu Romelu Lukaku vitse-kapitanlar olub.

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də İsveçlə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Autsayderdə vida

Növbəti yazı

PSJ-nin yay hədəfi